![]() Həyat Sözü, Bakı |
Bakıda "Həyat Sözü" məbədinin tarixi"Həyat Sözü" /Mədh Kilsəsi/ məbədindən söz açanda özülünü bilmək vacibdir. Hər bir ağacın kökü.,gövdəsi və budaqları olduğu kimi,"Həyat Sözü" /Mədh Kilsəsi/ də böyük bir din tarixinin ağacının budağıdır və bu ağaca ehtiram göstərmək önəmlidir.
Öz mənşə və mahiyyətini Martin Lüterin reformasiya dövrünün protestant köklərindən götürərək,icma bu nəzəriyyənin sarsılmaz bünövrəsinə arxalanır,hansı ki bütün protestant hərəkatının inkişafına dünya təsir göstərərək yer kürəsinin bir qitəsindən o birisinə yayıldı. İcmanın tarixinə nəzər saldıqda qeyd etmək lazımdır ki,əsrlər boyu icma çox dəyişiklər yaşadı. Hərçənd Allahın kəlamı əsrlər və min illərlə dəyişməsə də ,icma dəyişib inkişaf edirdi. İcmanın təməlini (Eklessia) qoyan 2000il əvvəl İsa Məsihin dövründən başlayaraq,məbədin arzusu Allahın comərdliyini,mahiyyətini və niyyətlərini göstərmək idi.O(Allah) necə Uludur və dünyanın bütün insanlarını elə sevdi ki,öz vahid oğlunu verdi,bunu ona görə etdi ki,Ona iman edənlərin heç biri həlak olmasın,hamısının əbədi həyatı olsun (Yəhyanın müjdəsi 3:16) Bu yer kürəsində hər bir icmanın təməlini qoyan əzəl təfəkkürdür. Məbədin dini nəzəriyyələrin inkişafı və formalaşması insanın və fəlsəfi müdaxiləsindən yan keçə bilmədi(bu barədə həm həvarilər, həm də kilsənin ağsaqqalları dəfələrlə xəbərdar edirdilər). İsa demişdi: "...Mənsiz heç bir şey edə bilməzsiniz." Buna baxmayaraq məbədin öz təməlində insanın sözü deyil,Allahın kəlamı idi.İsa demişdi: "Mən cəmiyyətimi bu daşın üzərində quracağam və ölülər aləminin qapıları ona qalib gələ bilməyəcəkdir". Həqiqətən bu günə kimi İsa Məsihin kilsəsi tarixində öz ləyaqətli yerini tutub və hətta yüz minlərlə insanların həyatında belə,istər provaslav,istər katolik məzhəbi yaxud protestant. Beləliklə reformistliyin köklərinə və protestantlığa əsaslanaraq biz Müqəddəs Üçlüyə inanırıq. Əminik ki,Allah-Ata,Oğul və Müqəddəs Ruh da birdir.Bizim iman məzhəbimiz tamamilə Həvarilik,Afonasiylik və Nikeylilik imanının məzhəbidir.Müqəddəs Üçlüyə iman bizi Provaslav məsihçiləri,həmçinin Baptist və Pentikost icmaları ilə birləşdirir.Biz İsa Məsihin Allahın Oğlu olmasına və Allah tərəfindən göndərilən Müqəddəs Ruh-Tanrı Üçlüyünün üçüncü Şəxs olmasına iman edirik. Əlbətdə qüdrətli Allahın şəxsiyyəinə vahid nöqteyi-nəzərimiz olduğu halda,biz doktrinalarımızda təfavütə də yol veririk.Lakin bu bizi heç də Tanrının məhəbbətindən ayıra bilməz,çünki biz hamımız İsa Məsihin Qanın qüdrəti ilə günahlarımızın bağışlanmasını və paklanmasını əbədi surətdə əldə etmişik və bu bizi birləşdirən bir amildir. İsa Məsihin bütün insanlara görə axıtdığı qanı vasitəsilə günahlarımızın bağışlanmasına inam-yuxarıda adı çəkilən denominasisiyaları əlaqələndirən daha bir şərtdir.
Ağacın gövdəsindən söz açaraq qeyd etmək lazımdır ki,"Həyat Sözü" /Mədh Kilsəsi/ bu gövdədən bərk tutub. İcmanın ruhani mərkəzi İsveçin "Həyat Sözü" kilsəsi,həm də maarifləndiricisidir.Bunların banisi isə pastor,ilahiyyat fəxri doktoru Ulf Ekmandır(Oklaxoma ştatı).Ulf Ekmann həmçinin Upsala şəhərində yerləşən (İsveç) "Həyat Sözü" Universitetinin müəssəsçisi və rektorudur.30-dan artıq və bir çox xristian dairələrində populyar olan kitabların müəllifidir(otuzdan artıq dillərə tərcümə olunub).
1994-cü ildə məbədin imanlıları Bakıda Allaha həmd və dua üçün yığışanda əllərini qaldırıb və elə bil ki,boşluğa müraciət edən çox kiçik insan toplantısına bənzəyirdilər.Lakin bir aydan sonra Tanrı tərəfindən uzaq İsveçdən Azərbaycana göndərilən müjdəçilərin səyi nəticəsində "Allah Azərbaycanı sevir" devizi altında üç mindən artıq insanın iştirakı ilə unikal festival keçirildi. O günlər yüzlərlə insan "Buz idmanı sarayında" Allahın kəlamını eşidib,şəfa tapıb və Rəbb ilə barışıq əldə etdilər. Festivalin rehbəri və "Həyat Sözü" (İsveç) təşkilatının prezidentinin birinsi köməkçi Karl Gustav Severinin Azərbayjanın ümumixalg lideri, keçmiş prezidenti Heydar Əlirza oğlu Əliyev jənabları ilə görüşü keçdi. Bu görüşün nətijəsində "Həyat Sözü" təşkilatı AR keçmiş prezidenti Heydar Əliyev jənabları tərəfindən təzəjə azadlıq və müstəqillik əidə etmiş, çətin vaxtlar yaşayan javan ölkənin inkişafı və tərəqqisi üçün iqtisadi jəhətdən köməklik və ardım işlərini qurmaq üçün dəvət olunmuşdur. (Bu tarixi görüşün videoyazıı "Mədh Kilsəsinin" arxivindədir və hər bir maraqlanan şəxş üçün açıqdır.) Son abzasda yazılarda səhv olduğu üçün hazırki məqalə dəyişişdirlmişdir |
Bizimlə əlaqəBizim telefonlar: (+99412) 496-5788, 496-5789, 447-0170Bizim ünvanımız: Bakı ş., Suleyman Vəzirov küç, 6 Bizimlə təmasSon zamanlar çoxlu sayda gələn spam-məktublardan müdafisəsi üçün saytla əlaqə yenidən qurulur.Bütün suallara yazın admin@lob.az |
Bizim partnyorumuz ol! |