Birinci dayanacaq –xristian hərəkatının
və geniş tanınmış beynəlxalq mərkəzi
olan “Həyatın Sözü” Upsala, İsveç.
Orada pastor Rasim çərşənbə günü yanvarın
7-si axşam ibadətdə vəz etdi.
Yanvarın 7-si pastor Rasim cəmiyyətdə
moizə etdi və sevimli vətəni Azərbaycan
haqqında, Axırıncı 10 il ərzində müsbət
inkişafdan, həmçinin “Mədh Kilsəsi”
cəmiyyətinin 15 illik tarixindən, 1994-cü
ildə “Tanrı Azərbaycanı sevir” adlanan
festivalından sonra doğulduğu haqqında danışdı.
Bu festivalı Karl-Qustav Severin keçirmişdi.
O Azərbaycanın keçmiş prezidenti, hörmətli
Heydər Əliyevlə görüşmüşdü.
Bundan başqa, pastor Rasim 2003-cü ildə
cəmiyyət tərəfindən əldə edilmiş
torpaq sahəsinin və onun üzərində olan
binaların məhkəmə təhqiqatlarından müsadirə
edilərək və appelyasiya məhkəməsinin
qərarına görə 2008-ci ildə zorla alınmağı
barədə danışdı.
Cəmiyyətdə ibadət Azərbaycana və yaranmış
vəziyyətə görə dua ilə başa çatdı.
Pastor
Rasimin Avropa turu.
Ikinci gün
Cümə axşamı, yanvarın 8-i pastor Rasim
parlamentin üzvlərilə, hakimiyyət başında
duran partiyanın nümayəndələriləri:
Xristian Demokratik Partiyasının nümayəndəsi
Mikael Oskarsson, və Liberal partiyasının nümayəndəsi,
YUNESKO-nun üzvü Sisiliya Vikstrumla görüşmüşdü.
Onlar Azərbaycanın inkişafı və
ibadətlərin azad keçirilməsi haqqında
məlumatı eşitməyə şad oldular. Və bununla
bərabər cəmiyyətin binalarının müsadirəsinə,
müvafiq zərərin ödənilməməsinə narahat
oldular. Parlamentin üzvləri səmimi maraq göstərdilər
və İsveçin xarici işlər naziri, Avropanın
siyasi dairəsində tanınmış Karl Bildtomun
qarşısında bu sualı qaldırsınlar. İsveç
yaxın gələcəkdə Avropa İttifaqının
estafetini götürəcək.
O, bu narahatçılığı müxbirlərlərlə və
jurnalistlərlə görüşündə gördü.
Pastor Rasimin Avropa turu.
Üçüncü gün
Cümə günü, yanvarın 9-u pastor Rasim «Kristelig
Folkeparty» partiyasının lideri, Norveç
Parlamentinin üzvü Doqfin Hoybrotenanın
dəvətilə Norveçdə oldu.
«Kristelig Folkeparty» Partiyasının lideri
cənab Doqfin Hoybrotenanın dəvətilə «Dаgen
Magazinet» Norveç qazetinin jurnalisti görüşdə
iştirak edirdi.
Görüş səmimi abuhavada keçdi. Pastor
Rasim ölkədə dini vəziyyətin ildən-ilə
yaxşılaşmasından, Azərbaycanda
denominasiyalar arasında toleranlığın inkişafından
danışdı. Lakin görüşün əsas sualı,
“Mədh Kilsəsi” Cəmiyyətinin torpaq
sahəsinin və onun üzərində olan binanın
müsadirə edilməsi haqqında idi.
Cənab Doqfin Hoybroten Binanın müsadirə
edilməsinə ciddi problem kimi qəbul etdi
və Bakıda Cəmiyyətə lazım olan yardımı
etməyə söz verdi. Parlamentin üzvü
Cəmiyyətlərin binalarının müsadirəsi
ilə əlaqədar olan və buna bənzər
problemlərin baxılması üçün MDB
Respublikalarına səfərini planlaşdırır.
Dəvət olunmuş qonaqlar arasında, cənab
Kristian Okerhelm, qəbul edən tərəfə
Azərbaycanda Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsində görüşündən danışdı. Bu görüşdə
DQİÜDK sədri Hidayət Orucovla iki
tərəfin tanışlığı oldu və “Mədh
Kilsəsi” Cəmiyyətinin torpaq sahasinin
və binasının müsadirə edilməsi problemi
müzakirə edildi. Kristian Okerhelm xüsusilə
qeyd etdi ki, bu görüşdən razı qaldı və
Azərbaycanda toleranlığın modelindən danışdığına
görə cənab Hidayət Orucova minnətdarlığını
bildlrdi. Hidayət Orucov bu problemin nizama
salınması üçün şəxsən məşğul olacağına
vəd etdi. ” Kristian Okerhelm dedi: əgər
Cəmiyyət öz Binasında yığışmaq imkanına
malik olsa, bu ölkədə real baş verən şeylərin
yaxşı indikatoru ola bilər və DQİÜDK
sədrinin sözlərinin sübutu olar”.
Həmçinin İsveç Parlamentinin üzvləri
arasında yayılan, İsveçin «V@rlden i dag»
qazeti, pastor Rasim Xəlilovun İsveç
Partiyasının liderləri və Parlamentin üzvlərilə
görşlərini təqdim etdi.