![]() Həyat Sözü, Bakı |
Binanın tikilməsiBinamızın bax belə olmasına inanırıq. Biz bilirik ki, Tanrı nəyi başlayırsa, O da onu axıra çatdıracaq. Tanrı insan deyil, O aldatmır və dəyişmir. O bizə bu torpaqda bina tikməyi əmr edib, orada bütün cəmiyyət ümumi ibadətdə yığışaraq Tanrıya dua, sitayiş edərək, Onun lütfünü, mərhəmətini və bütün insanlar üçün xilasını elan edə bilər.
Hər şey bir neçə il əvvəl başladı, o illər ki, cəmiyyətin ümumiyyətlə imkanı yox idi ki, birgə yığışsın və imanlılar ancaq evlərdə yığışırdılar. Artıq biz o vaxt dua edib inanmağa başladıq ki, bir gün gələcək, bizim binamız olacaq, Rəbbimiz İsa Məsihə ibadət etmək üçün yığışa bilərik. 1999-cu ilin dekabrında bizim cəmiyyət qeydiyyata alındı ki, bu da məqsədimizin birinci addımı oldu. Biz icarəyə götürülmüş yerlərdə yığışmağa başladıq, zaldan-zala, ofisdən-ofisə köçürdük, amma öz binamız üçün dua etməyi davam edirdik. 2003-cü ilin avqustunda biz baxımsız qalmış binaların yerləşdiyi torpaq sahəsini aldıq. Bizi orada xeyli iş gözləyirdi.
Biz Kiçik zal olan binanı təmir etdik və nəhayət ki , öz binamızda cəmiyyətin ibadətlərini keçirməyə başladıq!
Biz xoşbəxt idik, lakin... Cəmiyyət əvvəlki kimi bir ibadətdə yığışa bilmirdi. O vaxt da ki kimi indi də hər bazar günü üç ibadət keçirməyi məcburuq. Biz bilirik ki, imanda hərəkət etdikdə Tanrı hərəkət edir.2007-ci ilin 15 martında yeni böyük zalın tikilməsinin birinci işləri başladı.
Biz sizin dualarınızda, inamınızda, yardımınızda ehtiyac duyuruq! |
Bizimlə əlaqəBizim telefonlar: (+99412) 496-5788, 496-5789, 447-0170Bizim ünvanımız: Bakı ş., Suleyman Vəzirov küç, 6 Bizimlə təmasSon zamanlar çoxlu sayda gələn spam-məktublardan müdafisəsi üçün saytla əlaqə yenidən qurulur.Bütün suallara yazın admin@lob.az |
Bizim partnyorumuz ol! |