![]() Həyat Sözü, Bakı |
Uşaq xidməti
Mən uşaqların tərbiyəsindən deyil, onlara xidmətdən danışacam. Bu vacibdir! Bibliya bu haqqda o qədər də çox da düşünmürlər və uşaqlara xidmət etməyi xüsusən qərar etmirlər. Soruşa bilərsiz, nə üçün arzu deyil, qərar? Ona görə ki, təkçə arzu olanda, bir-iki Bazar günü məktəbindən sonra bu arzu itir. "Bunu onların nəvələrindən gizlətməyəcəyik; Rəbbin həmdə layiq işlərini, Onun qüdrətini, etdiyi xarigələri gələcək nəsillərə söyləyəcəyik. Qoy gələcək nəsil də bilsin, gələcəkdə doğulacaq övladlar da balalarına bu təlimi verə bilsin, qoy ümidlərini Allaha bağlasınlar, Allahın işlərini unutmasınlar, əmrlərini yerinə yetirsinlər". (Zəbur 77:4, 6-7) Uşaq - İsadan bir hissədir!
Uşaqlardan yan keçmək Rəbbi izzətləndirmir. Tanrı istəyir ki, hər bir uşaq Onun ailəsinə qəbul edilsin! Mattanın Müjdəsində 18:5-də İsa deyir:"Və kim belə bir körpəni Mənim naminə qəbul edərsə, Məni qəbul etmiş olur."Uşaqların qayğısına qalaraq, onlara xidmət edərək biz İsanın təqdirini alırıq! Nə üçün biz uşaqlara xidmət etməliyik?Hər şeydən öncə bunu İsa edirdi."İsa bunu gördükdə, qəzəblənib onlara dedi: Qoyun uşaqlar Mənim yanıma gəlsinlər! Onlara mane olmayın! Çünki Allahın Səltənəti belələrinindir. Və onları qucaqlayıb, əllərini üzərlərini qoyaraq, xeyir-dua verdi". (Mk. 10:14,16) Rəbb uşaqların əleyhinə deyil, Rəbb uşaqları istifadə edir: İshaq, Yusif, Şamuil, Yairin qızı və nəhayət, 12-yaşlı İsa! Eləcə də biz anlamalıyıq ki, uşaqlar bizim gələcəyimizdir, xüsusəndə nəsil davamçılarımız-yeni nəsil. Onlar bizi, böyükləri təqdim edirlər! Biz onlara nə qoyuruqsa, onlardan böyüyərkən onu da alacayıq. Bu əkin və biçin prossesi kimidir! Ən ilk yaş dovründən-körpəlikdən, onlar valideynlərdən və ətrafdan, gördükləri və eşitdikləri hər şeyi qəbul edirlər. Sənin ilk 7 ildə qoyduğun şey, onların həyatında “ qalib” gələcək. Əyər biz qoymasaq, onda bunu iblis tez və dəqiq edəcəkdir. Hər hansı bir binanın və ya tikintinin özülü möhkəm olmalıdır! Uşaqlardan həqiqəti gizlətməyə bizim haqqımız yoxdur!
Uşaqlara necə xidmət edək?Uşaqlara şərtsiz məhəbbət, nəvaziş, yaxınlıq, toxunuş və xeyir-dua vacibdir- " Və onları qucaqlayıb, əllərini üzərlərinə qoyaraq, xeyir-dua verdi." (Mk10:16), uşaqlara dua etmək və onların həyatına Tanrı Kəlamını elan etmək; onları Rəbbə həsr etmək; onları bağışlamaq; onların qəlb, ruh və cismani ehtiyaclarını yerinə yetirmək; uşaqların gələcəyi üçün dua etmək.Uşaqlarla işi necə təşkil etməli?Hər şey Bazar günü məktəbi ilə başlayır-uşaq bilməlidir ki, hər bazar günü-bazar günü məktəbidir, məqsəd-həqiqət Kəlamını əkmək və təcrübədə göstərmək, necə həqiqətə uyğun yaşamaq olar.Bazar günü məktəbi proqramı aşağıdakılardan ibarətdir:
|
Bizimlə əlaqəBizim telefonlar: (+99412) 496-5788, 496-5789, 447-0170Bizim ünvanımız: Bakı ş., Suleyman Vəzirov küç, 6 Bizimlə təmasSon zamanlar çoxlu sayda gələn spam-məktublardan müdafisəsi üçün saytla əlaqə yenidən qurulur.Bütün suallara yazın admin@lob.az |
Bizim partnyorumuz ol! |