Təhsil 


Təhsil

HƏYAT YOLUNA ƏLA HAZIRLIQ

Bibliya kursları səni qalibiyyət həyat üçün təlim və təchiz edir.

Yüzlərcə tələbə təhsil zamanı həyatlarının dəyişilməsinin şahididir.

Sizləri birinci və ikinci kursa dəvət edirik. Orada Müqəddəs Ruh sizi formalaşdırıb, gələcəyə hazırlaşdıracaq.

Rasim Xəlilov
"Həyat Sözü" /Mədh Kilsəsi/ cəmiyyətinin pastoru



GƏLƏCƏK HƏYATIN TƏMƏLİNİ QOY

"Tanrı xalqını iman kəlamıyla silahlandır, ona Ruhani silahı göstər, onlardan istifadə etməyi onlara öyrəd və Rəbb üçün qələbə çalmağa göndər"

1983 ildə bu görüntünün üzərində Ulf Ekman Bibliya mərkəzini və "Həyat Sözü" cəmiyyətinin əsasını qoydu. Həmən o vaxtdan bu görüntü Bibliya kursların təməli oldu.

Burada siz dostluq münasibətləri və imanla dolu nadir şərait tapacaqsız. Bu Tanrı ilə münasibətdə böyümək arzusunda olan hər bir kəs üçündür. İsa Məsihin köməyilə bütün dünyanı müjdə ilə ələ almaq olar

Bir il Bibliya kurslarında müzəffər həyatı üçün sarsılmaz təməl qoyur, o həyat ki, Onun Kəlamında əsaslanıb və Müqəddəs Ruh hər gün sizi idarə edir. Bibliya kursları bu gözəl həyatı sizə açmağa kömək edər. Hər bir imaniı Tanrı üçün alət ola bilər, lakin ona təlim, tərbiyyə və ruhlanmaq lazımdır. Buna görə də siz Bibliya kurslarına mütləq oxumağa getməlisiniz və Tanrıya imkan verin ki, sizi daxildən dəyişdirsin. Siz öz həyatınız üçün Tanrınm iradəsinə daxil olsaz, İsa Məsih də Öz iradəsini sizdə və sizin vasitənizlə yerinə yetirəcək, sizi hazırlayacaq ki, gedib Tanrı üçün bol məhsul gətirəsiniz!

Bizim Bibliya kurslarını 500 nəfər bitirib. Onlardan 170-i ikiknci kursu keçib.

Tələbələr Bibliyanın əsas biliklərini alırlar yə onunla öz həyatlarında müvafiq olaraq yaşamağı öyrənirlər. Çoxları başqa şəhərlərdə və olduqları mühitdə cəsarətli şahid oldular. İkinci kursun tələbələri Türkiyəyə, Gürcüstana, Qazaxıstana, Tacikistana Müjdəni vəz etməyə səyahətə çıxırlar.

Bir neçə il ərzində Azərbaycanın digər rayonlarında şənbə Bibliya kursları keçiririk. Təxminən 70 tələbə bu kursları bitirib.

Seminarlar təhsil boyu müntəzəm olaraq keçiriləcək. Seminarlar zamanı siz dəvət olunmuş moizəçilərin ötürdüyü məshə və təcrübəyə qatıla bilərsiniz.

Siz birinci və ikinci kurslara qəbulu qaydaları barədə daha çox məlumatı uyğun olan düyməciyi basmaqla ala bilərsiniz

1-ci kursu oxumaq... 2-ci kursu oxumaq...

Bütün suallara görə bible.school@lob.az müraiət edin


Bizimlə əlaqə

Bizim telefonlar: (+99412) 496-5788, 496-5789, 447-0170
Bizim ünvanımız: Bakı ş., Suleyman Vəzirov küç, 6

Bizimlə təmas

Son zamanlar çoxlu sayda gələn spam-məktublardan müdafisəsi üçün saytla əlaqə yenidən qurulur.
Bütün suallara yazın
admin@lob.az
Bizim partnyorumuz ol!
Tanrı ilə sülh əldə et.
Pastorun cəmiyyətə müraciyyəti
"TANRI İLƏ GÖRÜŞ"-adlı SEMINAR
Alfa-kurs
Ulf Ekman və "Qələbədə yeni gün"
Ulf Ekmanın bloqu
Karlar üçün xristian saytı
P.Şavlovskiy. Məsih üçün şer
Çiraq. Bakıda xristian mağazası