Əsas/Xəbərlər Bizim barədəCəmiyyətTəlimlərTəhsilMissiyaMultimediyaAzərbaycanƏlaqəWOL mərkəzləri

 Bizim partnyorumuz ol!
Məsihdə əziz qardaşlar və bacılar!

          Bu məktub təkcə partnyorlarımıza deyil Cəmiyyətimizin bütün əziz üzvlərinə, imanlılara, eyni zamanda hər bir kəsədir, Kim ki Azərbaycanda və ondan kənarda Tanrının Tapşırığını yerinə yetirmək istəyənlərə müraciət olunur. 

          Bu məktubda mən sizin ənamlarınıza və Cəmiyyətin görüntüsünə qoyduğunuz qiymətli əmanətinizə görə minnətdarlığımı bildirirəm.

          Hamıya, kim ki, öz maliyyəsini sədaqətlə və fədakarlıqla gətirirsə, çox böyük təşəkkürlər!

          İndi bizim üçün adidir-cəmiyyətdə əkmək, adi əkinçi kimi öz torpağına toxum səpmək. Lakin, onun da imanı olmalıdır ki, toxumu cücərib öz bəhrəsini verəcək. Buna görə də, öz toxumlarınızı Müjdə torpağına əkdiyiniz hər zaman Tantıya imanınız vacibdir ki, məhsulunuz bol olsun.

          Əkinçi sahənin suvarmağı barəində düşünməlidir. Yoxsa qqquraqlıq olsa məhsul məhv olar.

          Dua - partnyorluğun vacib hissəsidir. O əkin sahəsini qidalandırmalıdır. Bizim üçün Müjdə sahəi- partnyorluqda müxtəlif kateriqoriyalardır: missiya, Jabotin əməliyyatı, bina, humanitar işi və s.

          Mənə elə gəlir ki, partnyorluğun məhz bu hissəsi zəif idi. Demək olar ki, mənim yadıma gəlmir ki, şöbələrə görə xüsusi dualarımız olsun. Açıqını desək cəmiyyətin sadalanan şöbələri Tanrının böyük lütfü ilə yaşayır.
Kİm onlar üçün dua edir? Əlbəttə ki, şöbələrin işçiləri. Mən bəzi özəkləri və ya ayrı-ayrı imanlıları, hansılar ki, cəmiyyətdə səhər dualarında iştirak edənləri çıxmamaq şərtilə deyirəm.

          Mən bir pastor kimi, istərdim ki, partnyorların iştirakı bir tək ianələrdə (əkməkdə) deyil, lakin bu sahələrin (suvarmasında) duasında da iştrakı olsun ki, sahələr həyatla dolu və toxumların boy atmasına qüvvəti olsun.
Partnyorluq yeni ildə təzələnib, yüksəlməlidir..

          Partnyorlara, gələcəkdə partnyor olmaq istəyənlərə və ümumiyyətlə, partnyorluğa yeni nəzər salınmalıdır.. Hər ianə verən partnyor Cəmiyyətin dua partnyoru olacaq, və bu da bizim gücümüzü yenilə artıraraq, yeniləşdirəcək!
Mənim yadımdadır ki, o vaxtdan partnyorluq Mats-Yan tərəfindən başlandı və mən də partnyor oldum. Mənim məhz partnyorluq üçün dua etməyə vaxtım çatmırdı. Baxmayaraq ki, pastorların duaya çağırışını dəfələrlə eşidirik, məhz bu sahədə biz zəifik. Sonra dua etmək barəsində yadımıza saldıqda, biz özümüzü günahkar kimi hiss edirik. Əziz bacılar və qardaşlar, vaxt çatıb ki, biz ianələrdə və dualarda sadiq olaq.

          Belə etməklə yeni ildə gücümüzü daha çox sahələr üçün səfərbər edib dualarımızı imanla əkək. Mən sizdən xahiş etmək istəyirəm ki, siz bütün varlığınızla bizə köməklik edəsiniz. Onda qeyri-adi şeylər, möcüzələr baş verəcək!

          Ukraynadan qayıtdığım zaman Cəmiyyətə danışdım ki, Tanrı mənə bəzi şeyləri göstərdi ki, cəmiyyətdə inkişaf edək. Onlardan biri də partnyorluq işidir.

          Bu günləri cəmiyyətdə 150-dən artıq partnyor var. Rəqəm dillədesək 10%-dan bir az artıqdır. Çoxda deyildir, elə deyilmi? Mənə Tanrı 500 partnyor görüntüsü Verdi. Bu ağıla sığmazdır, lakin Tanrı üçün hər şey mümkündür! Bu rəqəm barədəbiz birlikdə inana bilərik.

          Başqa vacib anlardan biri missioner işidir: Biz missiyaya 10 cütlük göndərməliyik. Bu ailə cütlükləri və ya iki sadiq insan bir görüntü ilə yanan ola bilər. Bu az pul eyləmir. Hər ailə hansı ki, getməlidir təyin olunmuş yerə çatmaq üçün nəqliyyat pulunda. Maaşda ehtiyacı var. Bunu n üçün də bizə insanların missiyada qalmaları üçün sabit ianələr lazımdır.

          Lakin, partnyorluq tək missiya deyil.

          Bizdə binamız üçün Tanridan Kəlam var. Bütün ürəyimizlə inanırıq ki, o mütləq tikiləcək. Bu günləri bizi məhkəmələrlə və proqramlarla qorxutmaq istəyirlər. Lakin, Tanrı bizimlədir və hər düşmənə qalib gələcəyik! Lakin, dualarımız olmadıqda-düşmənimiz iblis hər tərəfdən uğurla qarşı durur, bunu biz bu gün görürük. Və onda heç bir pul Tanrı evinin tikməyə qadir olmayacaq. 

          Tanrının bizə “ Yobesin duası” ndan verilən yadınızdadır: “öz torpaqlarını genişləndir”.

          Bu günləri biz sərhədlərimizi humanitar işində genişləndiririk. Rayon Qırmızı Aypara təşkilatı ilə əməkdaşlığımız, əhalinin qocalarına kömək etməkdə müsbət təcrübəmiz var. Bu günləri biz uşaq evlərini və həbxanaları planlaşdırırıq. Bəzi rayonlar vardır ki, gələcəkdə işləmək istərdik.
Lakin sizin müntəzəm dualarınız və maliyyə köməkiniz olsa biz kamil quruluşu inkişaf etdirərik, bu dünyanın insanlarına göstərə bilərik ki, biz tək öz problemlərimizi düşünmürük, lakin məhv olan dünyada olanların qayğısını da çəkirik.

          Bu məktubu yazdığım zaman, Tanrı ruhuma Öz peyğəmbərlik sözünü qoydu. Onun ürəyini görmək üçün bunu sizə çatdırmaq istəyirəm.

          “Övladlarım! Vaxt yaxındır! Təsəvvürünüzə gətirdiyiyinizdən artıq görəcəksiniz. Bu gün Tanrı getmək istəyənləri silahlandırır və hazirlayır. O çətinliklər qarşısında dayanmayanxalq qaldırır. “Rəbb deyir: Bu mənim xalqımdır və o Mənim Müqəddə çağırışımı eşidəcək!” Onlar missionar ruhunun küləyilə götürüləcək və Tanrı iradəsinə onun vasitəsilə göndəriləcəklər. Hər kəs kim ki, Mənim işimdə iştirak edir-Mənə layiqdir!
Onun mükafatı böyükdür! Məhsul yetişib! Tarlalar ağarıb!

          Kİmsə Kəlamı əkəcək və onun bəhərini yığacaq. Kİmsə öz maliyyəsini
Müjdə işi üçün əkəcək və onun bəhəridə pis olmayacaq.

          Kimsə yoxsulların və ehtiyacı olanların qayğısına qalacaq. Çünki Mən demişəm: “yoxsullar həmişə sizin yanınızdadırlar və nə zaman istəsəniz onlara yaxşılıq edə bilərsiniz.” Yadda saxlayın ki. “kasıba verən-Mənə boc verir” və verən əl yoxsullaşmaz”.

          Kİmsə Mənim xalqım İsrail barədə iradəmi yerinə yetirəcək. Dünya boyu bütün xalqlardan övladlarımı yığıra, hansı ki, onu lənətliyir və alçaldır. Nifrət edir və ona şər atır. Kim? Mən soruşuram, Kim Mənim iradəmi yerinə yetirməyə gedəcək?

          Məgər siz “ hər yaxşı bəxşiş və hər kamil hədiyyə” barəsində eşitməmisiz? Mənim iradəmi yerinə yetirilməi-yaxşı bəxşiş və kamil hədiyyədir.

          Səsinizi ucaldın və dualarda sevincinizi artırın, əsirlərdən bəri yaratdığım möcüzəli işlərə görə alqışlayın!”

          Tanrının Partnyoru-boş səs deyil. Bu böyük şərəfdir

          Rəbbimiz İsa Məsih bədəni olan Cəmiyyətin partnyotu olmaq-bu dünyanın bizə pula təklif etdiyi ehtiraslara və zəifliklər üzərində böyük
qələbəmizdir. Bu pulları piliyin səltənətinə xidmət edir edir. Bizim pullarımız isə-Tanrini Səltənətinə xidmət edir. Tanrının barəsində heç ciddi düşünmüsünüz, hansına ki, Tanrı əziz övladlarını bu gün çağırır?

          Sizin pullarınız üçün Tanrının planları barəsində heç ciddi düşünmüsünüzmü?

Əgər hə onda sizin Onun işində iştirakınız tək öz cəmiyyətinizdə deyil, hətta bütün dünyada böyük ssəmərə gətirəcək. Və bu da görünən olacaq. Malakki peyğəmbərin kitabının 3–cü fəslində yazılıb: “O zaman Rəbbdən qorxanlar bir-birləri ilə danışdı. Rəbb bu özləri qulaq asıb dinlədi. Rəbbdən qorxub adına hörmət edənlər üçün Onun önündə bir yaddaş kitabı yazıldı”.

          Əziz bacilar, qardaşlar və Tanrımızın sevimli övladları! Mən eyni zamanda bu ildə partnyorluq işində bəzi dəyişiklər barəsində sizinlə bölüşmək istəyirəm.

          Siz biliriz ki, bu günləri partnyorluqda 7 sahə var. Dəqiqliqcə desək bunlardır: Cəmiyyət, missiya, Jabotin əməliyyatı, Humanitar iş, bibliya məktəbi, uşaqlara xidmət və binadır. Bəzilərimiz bir neçə sahələrdə partnyorluq müqaviləsi bağlamısınız.

          Lakin bu gün illik təhlil və maliyyə gəlirlərini araşdırdıqda biz bu nəticəyə gəldik; bəzi kateqoriyalar-bibliya məktəbi, cəmiyyət və uşaqlara xidmət nəticəsizdir.

          1. Biz qarşımızda məqsəd qoymuruq ki, bu kateqoriyaları qoruyub saxlayaq. Onlar partnyorluq anlayışından vacib deyil. 
          2. Biz istəmirik ki, sizin maliyyəniz bütün kateqoriyalar üzrə 1-2 manat məbləğində qoyasınız, sizi daha effektiv imkanlardan məhrum etmək istəmirik. 
          3. Bu gün ki, mənzərə paaartnyorluq başlanan gündən fərqli olaraq başqa görünür. Ona görə də biz geriya qayıdıb başlanğic varianta yaxin etmək itəyirik.
          4. Pastorların şürasında biz qərar aldıq ki, ianələrin minimum məbləğini plankasını qaldıraq. Bu ondan ötrüdür ki, partnyorlar öz ianələrində cərətli olub, qorxunu aradan götürsünlər. Təhlil göstərdi ki, ianələrin çoxu hər kateqoriyaya orta hesabla 2 manatdır. Bu “şiran” düşüncələrilə əlaqədardır. Bizim ölkədə bu əskinazın illərcə əldə edilməsidir ki, bunu biz dağıtmaq istəyirik. Partnyorluqda da bu problemlə rastlaşdıq. O “Məmmədəmin” sayilanda “Məmməd” adlanırdı.
          5. Sonra biz istəyirik ki, hansı kateqoriyalarda siz cəmiyyətin partnyoru olmaq istəyirsizsə, ona ciddi yanaşasınız. Yuxarıda qeyd etdiyimkateqoriyaları çıxmaq şərtilə. Təhlil göstərdi ki, bir neşə kateqoriyaya verən o partnyorlar az məbləğlə örtmək istəyirlər. Əlbəttə Tanrı salehlərin ürək arzularını görür. İanələri kiçik hissələrə bölünməsinin vacibliyi varmı, yoxsa bir kateqoriyada mükəmməl verməklə yaxşı olardı? Əvvəl-axır siz hər vaxtda paralel olaraq bazar ibadətlərində başqa ahəyə əkə bilərsiz. 

          Cəmiyyətin büdcəsi sizin ianələrinizdə və sizin səxaətinizə dirənir.
Hər hansı kateqoriyaya əkmək qərarına gəlmişsinizsə sizin köməyinizlə bu daha çox effektiv ola bilər.

          Tanrı Səltənətinə qoyulan hər Manat, Dollar, Avro-bu dünyada iblisin səltənətinə böyük bir zərbədir. 

          Hər sadiq ürək-bunu göstərir ki, bu dünyada pullar ən mühüm deyil, əşyalar və komfort vacib deyil!

          Lakin hər şey və hər şeydə-bizim Ata Tanrımız, Oğul Tanrımız və Müqəddəs Ruh Tanrımıxdır!

          Tanrı sizə xeyir-dua versin!

          Email: partnership@lob.az 

 

Bizim partnyorumuz ol!


Pastordan kəlam


Pastor Rasimin 
Avropa turu



Gəlin birqə inanaq ki,
bu bizdə olacaq!



Çadırın tikintisi


Şəhadət 


Livets Ord о проблеме со зданием Церкви


Новости Христианского Мира о нас


Твоя Библия, 
bible.com.ua о нас