İnamın həvari iqrarı. Göyün, yerin Yaradıcısı, Hər şeyə qadir vahid Ata Tanrıya inanırıq. Həmçinin də, Müqəddəs Ruhdan mayalanmış, qız Məryəm tərəfindən doğulmuş Onun Vahid Oğluna, bizim Rəbbimizə, Pontiy Pilat dövründə əzab çəkmiş, çarmıxa çəkilmiş, ölmüş və basdırılmış, ölüm səltənətinə enmiş, üçüncü gün ölülərdən dirilmiş, göylərə qaldırılmış, Hər şeyə qadir Ata Tanrının sağında əyləşən, ölüləri və diriləri mühakimə etmək üçün qayıdacak olan İsa Məsihə inanırıq.
Həmçinin də Müqəddəs Ruha, Müqəddəs Kilsə, müqəddəslərin yığıncağına, günahlarına bağışlanmasına, ölülərin dirilməsinə və əbədi həyata inanırıq.
Tanrı haqqında Biz inanırıq
üç simada-Ata, Oğul və Müqəddəs Ruhda açıqlanmış vahid həqiqi Tanrıya (Yar.1:26; Matta28:19).
O-göyü, yeri, bütün görünən və görünməyənləri Yaradandır (Yar.1:1; Həv.İşl.17:24; İbr.1:10); Ruh var (Yəh.4:24); Ölümsüzdür (1Tim.6:16); Müqəddəsdir (Lev.11:44; Yeş.57:15; 1Petr.1:15,16); Hərşeyibilən (Qan.Təkr.31:21; Yeş.29:15; İbr.4:13); Məhəbbətdir (Yəhy.3:16; 1Yəh.4:13); Hər şeyə qadir (Yar.17:1).
İsa Məsih haqqında biz inanırıq
Rəbb İsa Məsihin İlahiliyinə, Vahid Tanrı Oğluna, Müqəddəs Ruhdan mayalanmış, bakirə Məryəmdən doğulan, Pontiy Pilat yanına çarmıxa çəkilən, ölən və ölülərdən dirilən, göylərə
qalxan və Öz Atasının yanında oturmuşdur (Kol.1:12-18).
O: Rəbbdir (1 Yəh.5:20); Əbədidir (Kol.15:17); Vahid Xilaskardır ( Həv.İşl.4:11,12); Əhdi-Cədidin Başkahinidir (İbr.4:14,15; 9:11); Havadardır (Yeş.2:1-8); Qalibkardir (Kol.2:15); Müqəddəs Ruhla Vəftiz edir (Mat.3611; Həv.İşl.1:8; 2:4; 11:16,17); Tanrı Quzusudur (Yəh.1:36).
Müqəddəs Ruh haqqında biz inanırıq
Müqəddəs Ruha İlahiliyin üçüncü siması (Mat.28:19; 2Kor.13:13), Müqəddəs Ruhu qəbul etməyin vacıbliyinə (Həv.İşı.19:2,3; Rom.8:14-16), Müqəddəs Ruh İlahiyyətin bütün özəlliklərinə malikdir (Həv.İşl.5:3,4).
O: Həqiqət Ruhudur (Yəh.16:13); Müqəddəsdir (Yəh.14:26; Ef.4:30).
O: Hərşeyibiləndir (1Kor.2:10); İşıqlandıran (1Kor.6:11); Möcüzələr edən (Həv.İşl.19:6); Həyat verən ( Yəh.3:3-6), Oğulluğu təstiq edən (Qal.4:6,7); Sakitləşdirən (Yəh.14:26); Ənamları verən, xidmət üçün güc verən (Həv.İşl.4:31; 1Kor.2:7-11); Əbədidir (Həv.İşl.19:2-6; 8:15-17).
Tanrı Kəlamı haqqında biz inanırıq ki
Müqəddəs Yazı Əhdi-Ətiq və Əhdi-Cədid kitabları (Kanon Bibliyası) Tanrıdan ilhamlanmışdır, Rəbb tərəfindən verilmişdir, Tanrını və bizim xilasımıızı dərk etmək üçün vahid mənbədir. (2Tim.3:15-17; 2Petr.19:21).
İmanlıya mvacibdir: Yazını araşdırsın (Yəh.5:39); Yazıya inansın və Onu yerinə yetirsin ; Tanrı Kəlamına əlavə etməsin və heç nə ayırmasın (Süley.30:5-6).
Günah haqqında biz inanırlq
ki, hamı günah işlətmiş və Tanrı izzətindən ayrı düşmüşdür (Rom.3:23); Günahın əvəzi-ölümdür (Rom6:23). İlk insan Adəmin günahını hər adam daşıyır və buna görə də hər insanın Bəraətə rehtiyacı var(Rom.5:12; 15:17).
Digər konfesiyalara münasibət haqda biz inanırıq
ki, digər konfessiyaların imanlıları ilə münasibətdə lazımdır:
Qardaşlıq hissi ilə, məsihçilik hörməti və sülhü ilə idarə olunmalı (Rom.12:10,18. Bütün imanlı məsihçilərlə ruhani yaxınlığa və əməkdaşlığa, cəhd etmək, düşmənçilik, mühakimə, pis sözlər göstərilməsin. (Yəh.17:21; Ef.4:31-32).
Yuxarıdan doğulan bütün imanlıları Tanrının övladları hesab etsinlər. Sülhə və qarşılıqlı inkişafa xidmət edən şeyləri axtarmalıdır (Rom.14:19). Müxtəlif cür yalan təlimlərə və çaşqınlıqlara münasibətdə yalnız Müqəddəs Yazı ilə idarə olunmalı. (Yəh.1:17-23; Qal.2:4-5; Tit.3:10,11).
Hakimiyyətə münasibət haqqında biz inanırıq
ki, mövcud olan hakimlər Tanrı tərəfindən təyin olunmuşdur (Rom.13:1-2).
Məsihin Məbədi, rəislərə və ali hakimiyyətə sayğı göstərir.
Hər halda Məsihin Məbədi bu dünyanın deyildir, onun başçısı Rəbb Məsihdir; Məsihin sözünə əsasən Məbəd Qeysərinkini-qeysərə, Tanrının-Tanrıya verir. (Mk.12:17).
İsa Məsihin ikinci gəlişi, ölülərin Dirilməsi və Məbədin yuxarı qaldırılması haqqında biz
Rəbbimiz İsa Məsih ikinci dəfə gəlişinə inanırıq, onun gününü və saatını heç kəs bilmir. (Matta.25:31).
İkinci gəlişdən öncə Məsihdə ölmüş insanlar diriləcək, həmçinin də sağ qalanlar bir an içində dəyişiləcəklər.(1Fes.4:13-18).
Yuxarı qaldırımış məbəd İsa Məsihlə qüdrət izzətlə buludlar üzərində görüşəcəklər.(Lk.21:27).
Biz hamımız Məsihin hökm kürsüsü qarşısında dayanmalıyıq ki, hər birimiz bədəndə yaşayarkən yaxşı və ya pis işlərə uyğun olaraq əvəz alacayıq. (2Kor.5:10).
Bütün ölmüşlərin ikinci dirilişini və ağ taxt önündə Tanrının saleh mühakiməsini qəbul edirik. (Vəhy.20:11-15). “İlk dirilmədə iştirakı olanlar bəxtiyar və müqəddəsdir. İkinci ölümün onların üzərində hakimiyyəti
yoxdur”.(Vəhy.20:6)
Yeni göylər və yeni yer. Biz inanırıq
ki, vədə görə üzərində salehlik hökm sürən yeni göylər və yeni yer olacaq.(2Petr.3:13; Yeşayə 65:17).
Məbəd və xilas olmuş xalqlar əbədi olaraq Məsihlə birlikdə yeni göy və yeni yerdə yaşayacaqlar. (Vəhy5:10).